logo

Maxi.az mağazalar şəbəkəsi bağlanır

12:32 17-07-2023 | icon 1386
Maxi.az mağazalar şəbəkəsi bağlanır

Azərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkələrindən olan “Maxi.az” bağlanır.

YeniAvropa  Ölkə.az-a istinadən xəbər verir ki, şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub.

“Maxi.az”dan bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da ayın sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.