“Gənclər bacarır!” “Azercell”in dəstəyi ilə davam edir
Valideyn himayəsindən məhrum gənclərin həyat bacarıqlarını artırmaq məqsədilə təşkil olunan layihənin növbəti mərhələsində iştirakçılar yeni təlim proqramları keçib.
“Azercell Telekom” Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqları və gəncləri diqqət mərkəzində saxlayaraq onların inkişafını və təhsilini dəstəkləməyi davam etdirir. Ölkənin lider mobil operatorunun “SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası ilə tərəfdaşlıqda uzunmüddətli “Gənclər bacarır!” layihəsinin növbəti mərhələsi çərçivəsində benefisiarlarla görüşlər keçirilib, seminarlar təşkil edilib.
Proqramda 15-25 yaş arası həssas qrupa aid 100 gəncin uğurlu məşğulluğu üçün zəruri olan əsas bacarıqlar aşkarlanıb, təlimçilərlə birgə sözügedən bacarıqların təkmilləşdirilməsi üzərində müxtəlif çalışmalar həyata keçirilib. “YouthLinks” platformasında modullara qoşulub praktiki çalışmaları yerinə yetirmək üçün SOS Uşaq Kəndi və icmaların yetirmələri təlimata uyğun olaraq qeydiyyatdan keçiblər.
Valideyn himayəsindən məhrum gənclərin hüquqlarını qorumaq, cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyan layihədə onlar məşğulluq yolunda qarşılaşdıqları maneələri aşmaq, uğurlu iş və karyera qurmaq üçün lazımlı biliklər əldə edib, müxtəlif təcrübə və beynəlxalq könüllülük proqramlarına müraciət üçün dövlət, biznes və beynəlxalq layihələrlə tanış olublar. Uzunmüddətli layihənin son mərhələsində peşə hazırlığını bitirmiş gənclərin həmin peşə sahələrində təcrübə və mentorluq proqramı keçməsi planlaşdırılıb.
Qeyd edək ki, 2022-ci ildən etibarən “Azercell”in təqdim etdiyi qrant sayəsində həyata keçirilən “Gənclər bacarır!” layihəsi gənclərin əmək bazarına çıxış imkanlarının dəstəklənməsi və məşğulluğunun təmin edilməsinə müsbət təsir göstərəcək, onların aidiyyəti əmək sahələrində işə yerləşməsinə yardım edəcək.
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib
Sabahdan paytaxtın mərkəzi küçələrindən biri 3 günlüyə bağlanır
Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb
Xankəndiyə prokuror təyin edilib
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub