logo

Azərbaycan Avropaya elektrik enerjisi ixrac etməyə hazırlaşır

17:47 14-07-2023 | icon 1330
Azərbaycan Avropaya elektrik enerjisi ixrac etməyə hazırlaşır

Beynəlxalq layihə olan "Cəbrayıl" Enerji Qovşağı vasitəsilə gələcəkdə həm Qarabağda, həm də Azərbaycanın digər ərazilərində istehsal olunan elektrik enerjisinin Naxçıvan MR-na, oradan Türkiyəyə və Avropaya ötürülməsi mümkün olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə "Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev Kəlbəcərə təşkil edilmiş mediaturda bildirib.

"Bu istiqamətdə "Ağcabədi" yarımstansiyası yenidən qurulub, "İmişli" yarımstansiyasının yenidən qurulmasına başlanılıb. Şərqi Zəngəzur və Qarabağın ölkənin ümumi enerji sisteminə qoşulması üçün bu günə qədər azad olunmuş ərazilərdə 12 yerdə 110 Kv-luq yarımstansiyalar tikilərək istismara verilib, uzunluğu 700 km-ə yaxın 110 kv-luq və 330 kv-luq elektrik xətləri çəkilib, - deyə "Azərenerji” nin sözçüsü qeyd edib.