Ölkədə fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb
İyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 275 mini ötüb.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçmişdir.
Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,0 faiz), Lənkəran-Astara (10,2 faiz), Qazax-Tovuz (7,8 faiz) və Mərkəzi Aran (7,0 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb.
Fərdi sahibkarların 77,6 faizini kişilər, 22,4 faizini isə qadınlar təşkil edib. Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 34,1 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 25,0 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 21,3 faizini təşkil edir. Sahibkar qadınların 29,2 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,5 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,2 faiz), Gəncə-Daşkəsən (25,5 faiz), Naxçıvan Muxtar Respublikası (24,8 faiz), Bakı (24,2 faiz), Lənkəran-Astara (22,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Ərdoğan İran prezidentinin ölümünə görə ölkədə birgünlük matəm elan etdi
Dünya çempionatı:Hidayət Heydərov qızıl medal qazanıb
Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
BMT-nin baş katibi İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib
Avropa çempionatı: Daha bir güləşçimiz finala yüksəlib
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək
“Baku Steel Company” Tacikistan şirkəti ilə əməkdaşlıq edəcək
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
Mərkəzi Bank yeni 1 qəpiklik metal pul nişanını tədavülə buraxıb
Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
İran prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib
Sabahdan paytaxtın mərkəzi küçələrindən biri 3 günlüyə bağlanır
Azərbaycanda ötən il nikahların sayı azalıb, boşanmalar isə artıb
Xankəndiyə prokuror təyin edilib
Gimnastlarımız Dünya Kubokunda qızıl medal qazanıblar
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Bakıda “Yaşıl dünya naminə” Bitki Sağlamlığı Forumu keçiriləcək
İran prezidentinin dəfn mərasimi sabah Təbrizdə keçiriləcək
Sabah Bakıda 24° isti olacaq
Paytaxtın mərkəzindəki Cavanşir körpüsünün sökülməsinə başlanılıb
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edi
Xaqani bağında abadlaşdırılma işləri aparılır
İran prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək
Ağsu dolaylarındakı sürüşmə yolun bağlanmasına səbəb olub