logo

“Bakı İnvestisiya Günü” festivalı başlayıb

09:59 06-07-2023 | icon 1498
“Bakı İnvestisiya Günü” festivalı başlayıb

İyulun 6-da Bakıda regionun əsas investisiya və startap tədbiri olan “Bakı İnvestisiya Günü”nün (“Baku ID”) açılış mərasimi olub.

YeniAvropa xəbər verir ki, “Bakı İnvestisiya Günü”ndə regionun ən yaxşı startap layihələri ilə yanaşı, beynəlxalq startaplar, 200-dən çox investorlar, partnyorlar, icma üzvləri - bir sözlə, innovasiya şəbəkəsinin bütün üzvləri iştirak edir.

Tədbir çərçivəsində 200-dən çox startapların investor qarşısında çıxışı, "one-2-one" investorlarla görüşlər, panel çıxışlar, müsabiqə və açıq hava konserti reallaşacaq.

Həmçinin tədbirdə İRİA-nın sədr əvəzi İnarə Vəliyeva “Gələcək ekosistemin inşası üçün proqramlar və hökumət dəstəyi”, beynəlxalq biznesin inkişafı üzrə rəhbər Loukas Tzitzis “Çətinlikdən zirvəyə: şəxsi çətinlikləri dayanıqlılığa çevirmək”, məsləhətçi İqor Ovçarenko “Tükənmişlikdən balansa doğru: yüksək stresli karyeralarda möhkəm qalmağın sirri” panellərində çıxış edəcəklər.

Tədbirdə startap və investor şirkətlərin stendləri yer alacaq.