logo

Qırğızıstan-Azərbaycan biznes forumu keçiriləcək

12:52 05-07-2023 | icon 1708
Qırğızıstan-Azərbaycan biznes forumu keçiriləcək

Qırğızıstan və Azərbaycan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası Komissiyanın beşinci iclası çərçivəsində Qırğızıstan-Azərbaycan biznes forumu təşkil olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti yanında Milli İnvestisiya Agentliyi məlumat yayıb. Bildirilib ki, tədbir iyulun 26-da Çolpon-Ata şəhərində keçiriləcək.

Biznes forumu Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın inkişafı, iki ölkənin biznes nümayəndələri arasında münasibətlərin qurulması üçün mühüm tədbirdir.

Biznes-forumda turizm, sənaye, kənd təsərrüfatı, yüngül sənaye, səhiyyə, mehmanxana və restoran biznesi, memarlıq və inşaat, informasiya texnologiyaları, logistika və beynəlxalq daşınma, marketin və konsaltinq kimi sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.