logo

Zəlzələ "BP"nin dənizdəki obyektlərinə təsir etməyib

15:15 04-07-2023 | icon 1288
Zəlzələ "BP"nin dənizdəki obyektlərinə təsir etməyib

Azərbaycanın Xəzər dənizi sahillərində baş vermiş zəlzələ BP-nin obyektlərinə və fəaliyyətinə təsir göstərməyib.

YeniAvropa xəbər verir ki, bu barədə şirkətin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı məlumat verib.

“BP öz fəaliyyətini hər zamankı qaydada davam etdirir. Dəniz platformalarının və “Səngəçal” terminalının, həmçinin neft və təbii qaz ixrac kəmərlərinin fəaliyyətində heç bir dəyişiklik yoxdur”, - deyə Tamam Bayatlı qeyd edib.

Böyük Britaniya şirkəti olan BP Azərbaycanda iri neft və təbii qaz layihələrinin – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”in, o cümlədən “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft kəmərinin və Cənubi Qafqaz Qaz Boru kəmərinin operatorudur.

Xatırladaq ki, iyulun 4-də yerli vaxtla saat 00:01-də Xəzər dənizində maqnitudası 5,7 olan zəlzələ qeydə alınıb.