logo

"İRAERO" Saratov-Bakı aviareysinə başlayır

12:12 04-07-2023 | icon 1253
"İRAERO" Saratov-Bakı aviareysinə başlayır

Rusiyanın “İrAero” aviaşirkəti bu gündən Saratovdan Bakıya uçuşlara başlayır.

YeniAvropa aviaşirkətin yaydığı məlumata istinadla xəbər verir ki, reyslər “Superjet-100” təyyarələri ilə həftədə bir dəfə (çərşənbə axşamları) həyata keçiriləcək.

Təyyarələr Bakıdan yerli vaxtla saat 16:55-da qalxacaq və saat 19:05-də Saratov aeroportunda enəcək. Əks istiqamətdə reys saat 20:20-də qalxacaq və saat 22:55-də eniş edəcək.