logo

P&G Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib

10:30 04-07-2023 | icon 1211
P&G Türkiyə və Azərbaycanda yeni vəzifə təyinatları edib

P&G-nin Qafqaz və Orta Asiya respublikaları üzrə ölkə meneceri, baş direktoru olan Değer Kurtaslanoğlu yeni vəzifəyə - Türkiyə, Qafqaz və Orta Asiya respublikaları üzrə kommersiya əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin olunub.

Hazırda P&G-nin Qafqaz və Orta Asiya respublikaları üzrə korporativ bazar strategiyası və planlaşdırma direktoru olan İrakli Qabriadze P&G-nin Qafqaz və Orta Asiya respublikaları üzrə ölkə meneceri – baş direktoru vəzifəsinə təyinat alıb.

36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərən, istehlakçılara Fairy, Ariel, Pampers, Gillette, Oral-B, Head & Shoulders, Pantene, Safeguard, Old Spice və Always kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi ilə xidmət göstərən Procter & Gamble şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.

Türkiyənin Orta Şərq Texniki Universitetində Biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi alan Değer Kurtaslanoğlu karyerasına 2000-ci ildə P&G Türkiyədə regional menecer kimi başlayıb. Treyd-Marketinq Meneceri, P&G Türkiyə müştərilərlə iş üzrə qrup meneceri, P&G Türkiyə milli və birbaşa müştəriləri üzrə direktor, P&G Türkiyə/Şimali Kipr distribüter əməliyyatları və müştəriləri üzrə direktoru kimi vəzifələrdə çalışıb.

Karyerasına 2005-ci ildə P&G Azərbaycan-da Regional Menecer kimi başlayan İrakli Qabriadze Qafqaz distribüter əməliyyatları meneceri, Qafqaz korporativ treyd-marketinq meneceri, Qafqaz bazar strategiyası və planlaşdırma meneceri, Cenevrədə P&G Yaxın Şərq və Afrika strategiya və planlaşdırılması meneceri, Qafqaz bazar strategiyası və planlaşdırma direktoru, P&G Yaponiya davamlı inkişaf lideri və braun direktoru kimi vəzifələrdə çalışıb. İrakli ABŞ-nin FLEX proqramı məzunudur (2001), Qafqaz Biznes Məktəbində beynəlxalq biznes üzrə bakalavr dərəcəsi alıb və 2022-ci ilin iyun ayından P&G Qafqaz və Orta Asiya respublikaları üzrə biznesin inkişafı direktoru vəzifəsində çalışıb.