logo

Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

09:29 04-07-2023 | icon 1183
Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

İyulun 4-də saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

ADY-dən YeniAvropa-ya bildirilib ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.