logo

Bakıətrafı dəmir yolunun 48 km-i əsaslı təmir olunur

14:04 22-06-2023 | icon 2247
Bakıətrafı dəmir yolunun 48 km-i əsaslı təmir olunur

İlin sonunadək Bakı və Abşeron şəhərətrafı xətlərində 48 kilometr yol əsaslı təmir ediləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.

Bildirilib ki, bu yollarla hər ay 550 min ton neft və yanacaq məhsulları daşınır. Bundan başqa, Keşlə stansiyasının 4-cü və 5-ci yan yollarında əsaslı təmir işləri aparılıb.

Suraxanı-Yeni Suraxanı, Yeni Suraxanı-Hövsan və Əhmədli yeni neft emalı zavodu dəmir yolu xətlərində təmir işləri davam etdirilir.