logo

OPEC-in baş katibi Səngəçal terminalına səfər edib

11:55 22-06-2023 | icon 2086
OPEC-in baş katibi Səngəçal terminalına səfər edib

Neft İxrac edən Ölkələr Təşkilatının(OPEC) baş katibi Haysam Əl-Qaysın rəhbərlik etdiyi nümayəndə heyəti "BP"nin əməliyyatçısı olduğu Səngəçal terminalına səfər edib.

YeniAvropa xəbər verir ki, bu barədə "BP"dən bildirilib.

Qeyd edilib ki, səfər zamanı qonaqlar əməliyyat sahəsinə, Xəzər Enerji Mərkəzinə, “Şahdəniz” və “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformalarının birgə idarəetmə otağına baş çəkiblər.

Həmçinin onlara terminalın Azərbaycanın enerji layihələrinin icrasındakı əhəmiyyəti, BP-nin operatoru olduğu layihələrin hazırkı vəziyyəti və Avropanın enerji təminatındakı rolu barədə məlumat verilib.