logo

Bakıda batut gimnastikası üzrə dünya kuboku start götürür

10:50 18-02-2023 | icon 1617
Bakıda batut gimnastikası üzrə dünya kuboku start götürür

Bu gün Gimnastika Arenasında batut gimnastikası üzrə dünya kuboku yarışlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, turnirdə ölkəmizi Selcan Mahsudova təmsil edəcək.

Böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 62 gimnast fərdi və sinxron proqramda çıxış edəcək.

Batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb. Bu növ üzrə dünya kuboku yarışı Bakıda artıq altıncı dəfədir ki, təşkil olunur.

İki gün davam edəcək yarış zamanı idmançıların maraqlı və rəngarəng çıxışlarını izləmək istəyən tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.