logo

Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxub

18:19 12-02-2023 | icon 1309
Azərbaycanda daha 19 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 19 yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb. Bu gün koronavirusdan ölüm qeydə alınmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 828 min 229 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 min 981 nəfər müalicə olunaraq sağalıb, 10 min 98 nəfər vəfat edib. Aktiv xəstə sayı 150 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 937, bu günə qədər isə ümumilikdə 7 milyon 505 min 118 test icra olunub.