logo

Bu gün 211 doza vaksin vurulub

15:55 11-02-2023 | icon 1365
Bu gün 211 doza vaksin vurulub

Fevralın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 211 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 61, ikinci doza vaksinlərin sayı 52, üç və daha çox doza vaksinlərin sayı 78, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 20-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 945 min 213, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 403 min 68, ikinci mərhələ üzrə 4 milyon 877 min 850, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 398 min 888, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 407-dir.