logo

Türkiyədə zəlzələ qurbanlarının sayı 16,5 min  nəfəri ötüb

19:49 09-02-2023 | icon 1309
Türkiyədə zəlzələ qurbanlarının sayı 16,5 min  nəfəri ötüb

Türkiyədə zəlzələ nəticəsində indiyədək 16 min 546 nəfərin həlak olduğu, 66 min 132 nəfərin yaralandığı təsdiqlənib.

YeniAvropa xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Kilisdə açıqlayıb.

Türkiyənin son yüz ilin ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzə qaldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan türk xalqının yaranmış çətinliklərin öhdəsindən mətanətlə gələcəyinə əminliyini ifadə edib. Bildirib ki, dövlət heç bir vətəndaşını sahibsiz qoymayacaq.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları 4-cü gündür ki, fasiləsiz davam edir. Əməliyyatlarda Azərbaycan xilasediciləri də yaxından iştirak edirlər. FHN-dən verilən son məlumata görə, xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ olaraq çıxarıb.