AFFA İntizam Komitəsi “Qarabağ” və “Neftçi”nin Gənclər Liqasında çıxış edən komandalarının futbolçularını cəzalandırıb.
YeniAvropa xəbər verir ki, Ağdam klubunun oyunçusu Emil Binyətzadə “Sabah”la görüşdə qeyri-idman hərəkətinə görə qırmızı vərəqə aldığı üçün 1 matçlıq diskvalifikasiya olunub.
“Neftçi”nin üzvü Aslan Şirinovun isə cəzası daha ağır olub. O, “Qəbələ” ilə keçirilən qarşılaşmanın ardından hakimin qərarına etiraz etdiyindən, ikinci sarı vərəqə alıb. Şirinov ardından hakimlərin və AFFA-nın ünvanına təhqiredici ifadələr işlətdiyi üçün komandasının qarşıdakı 4 oyununu buraxmalı olacaq.
Bundan başqa, “ağ-qaralar”dan Bəhruz Qurbanlı həmin görüşdə qırmızı vərəqə aldığı üçün 2, “Qəbələ”nin oyunçusu Ravil Qafarov isə 1 matçlıq cəzaya məruz qalıblar.