logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 23° isti olacaq

12:52 12-10-2022 | icon 1246
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 23° isti olacaq

Azərbaycanda oktyabrın 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18°, gündüz 20-23° isti, Bakıda gecə 16-18°, gündüz 21-23° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın şərq rayonlarından başlayaraq bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 20-25° isti, dağlarda gecə 4-8°, gündüz 8-13° isti olacağı bildirilir.