logo

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək

09:09 08-09-2022 | icon 2149
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

 YeniAvropa xəbər verir ki, birinci turun bütün oyunları eyni gündə keçiriləcək. Görüşlər Bakı vaxtı ilə saat 20:45-də və 23:00-da başlayacaq.

G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada "Frayburq"un qonağı olacaq.

Günün oyunları aşağıdakılardır:

Qrup mərhələsi, birinci tur

A qrupu

20:45 - "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə)

20:45 - PSV (Niderland) - "Budö Qlimt" (Norveç)

B qrupu

20:45 - AEK (Larnaka, Kipr) - "Renn" (Fransa)

20:45 – “Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna)

C qrupu

20:45 - "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya)

20:45 - HİK (Finlandiya) - "Betis" (İspaniya)

D qrupu

20:45 - "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya)

20:45 - "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika)

E qrupu

23:00 - "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya)

23:00 - "Omoniya" (Kipr) - "Şerif" (Moldova)

F qrupu

23:00 - "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland)

23:00 - "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka)

G qrupu

23:00 - "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan)

23:00 - "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan)

H qrupu

23:00 - "Srvena Zvezda" (Serbiya) - "Monako" (Fransa)

23:00 - "Ferentsvaroş" (Macarıstan) - "Trabzonspor" (Türkiyə).