logo

Bugünkü Memorandum Aİ- Azərbaycan əməkdaşlıq üçün güclü zəmin yaradır-Ursula Fon der Lyayen

17:17 18-07-2022 | icon 1358
Bugünkü Memorandum Aİ- Azərbaycan əməkdaşlıq üçün güclü zəmin yaradır-Ursula Fon der Lyayen

Azərbaycanın bərpaolunan enerji sahəsində çox böyük potensialı var.

YeniAvropa xəbər verir ki, bunu iyulun 18-də Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Lyayen Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Azərbaycan prezidenti ilə görüşdə xüsusilə dənizdə külək enerjisi və yaşıl hidrogen enerjisi ilə bağlı müzakirələrin aparıldığını vurğulayan Ursula Fon der Lyayen daha sonra bildirib: “Bu gün imzalanan Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə biz bu sahədə möhkəm əməkdaşlıq üçün güclü zəmin yaratmış olduq. Bununla da Azərbaycan tədricən Avropa İttifaqının neft və qaz təchizatçısından daha çox etibarlı bərpaolunan enerji təchizatçısına çevriləcək”.