logo

Azərbaycan-Belarus matçını yunanıstanlı hakimlər idarə edəcək

14:34 10-06-2022 | icon 3059
Azərbaycan-Belarus matçını yunanıstanlı hakimlər idarə edəcək

Azərbaycan və Belarus komandaları arasında keçiriləcək UEFA Millətlər Liqasının IV tur oyununun təyinatları açıqlanıb.

YeniAvropa xəbər verir ki, görüşün baş hakimi yunanıstanlı Anastasios Papapetru olacaq. Ona həmyerlilərindən Trifon Petropulos və İordanis Aptosoqlu yan xətt, Georgios Tsovaras dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, iyunun 13-də "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Belarus oyunu saat 20:00-da başlanacaq.