logo

Açıq Avropa kubokunda 13  cüdoçumız iştirak edəcək

09:48 08-06-2022 | icon 3290
Açıq Avropa kubokunda 13  cüdoçumız iştirak edəcək

İyunun 11-12-də Madriddə (İspaniya) açıq Avropa kuboku yarışı keçiriləcək.

YeniAvropa xəbər verir ki, Azərbaycanı yarışda 13 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında Nazir Talıbov, Rəşxan Baxşəliyev (hər ikisi 60 kq), Tofiq Əliyev, Rəşad Yelkiyev (hər ikisi 66 kq), Zaməddin Poladov, Nurlan Osmanov (hər ikisi 73 kq), Kərim Məmmədov, Elcan Şəfiyev (hər ikisi 81 kq), Rüfət İsmayılov (90 kq), İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar.

Leyla Əliyeva (48 kq), Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) kq) qadınlar arasında keçiriləcək yarışlarda iştirak edəcəklər.

Turnirə, ümumilikdə 46 ölkədən 400-dən çox cüdoçu qatılacaq.