UEFA Millətlər Liqası: Bu gün Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, komandamız Serbiyada Belarus millisi ilə üz-üzə gələcək.
Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü isveçli baş hakim Məhəmməd Əl-Hakim idarə edəcək.
Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.
Qeyd edək ki, Azərbaycan yığması birinci turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.