logo

Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib

20:31 12-07-2018 | icon 3535
Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadalarının səyi nəticəsində Mingəçevirdəki İstilik Elektrik Stansiyasının Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən yüksəkgərginlikli elektrik xətlərinin altındakı yanğınlar lokallaşdırılıb.

Fövqəladə Hallar Nazirliyi və “Azərenerji”nin YeniAvropa-ya  daxil olan məlumatında bildirilir ki, nəticədə Bakı şəhəri üzrə elektrik enerjisi təchizatı 100 faiz bərpa edilib, digər bölgələrin elektrik enerjisi ilə təchizatının bərpası istiqamətində iş gedir.