Bu gün futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirəcək.
YeniAvropa xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun birinci turunda Qazaxıstan seçməsinin qonağı olacaq.
Nur–Sultandakı "Astana Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edəcək.
Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komandamız 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.