logo

Cüdoçularımız Tbilisi  “Böyük dəbilqə”sində  mübarizəyə başlayırlar

09:09 03-06-2022 | icon 3577
Cüdoçularımız Tbilisi  “Böyük dəbilqə”sində  mübarizəyə başlayırlar

Bu gün Tbilisidə “Böyük dəbilqə” turniri start götürür.

YeniAvropa xəbər verir ki, yarışın birinci günündə Azərbaycanın 4 cüdoçusu mübarizə aparacaq. Belə ki, kişilərin yarışında ilk qarşılaşmalarda Rövşən Əliyev Daniel Leutgeb (Avstriya) - İrakli Kupatadze (Gürcüstan) cütünün, Turan Bayramov (60 kq) Allan Kuvabara (Braziliya) - Xanbolot İrisbekov (Qırğızıstan) cütünün qalibləri ilə görüşəcəklər.

Qadınlardan ibarət milli komandanın üzvləri 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı ilk görüşdə Amber Qersjes (Hollandiya), Şəfəq Həmidova isə Nataşa Ferreyra (Braziliya) ilə qarşılaşacaqlar.

Yarışda 37 ölkədən 284 idmançı iştirak edəcək.