Yeni mövsümdə Premyer Liqada 10 komanda çıxış edəcək: “Kəpəz” və “Turan-Tovuz”la birgə
Mayın 31-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
YeniAvropa xəbər verir ki, , aparılmış müzakirələrdən sonra AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsi təsdiq olunub. Komitənin sədri vəzifəsi 3 ay müddətinə Xalid Cavadova həvalə edilib. Bu müddət başa çatdıqdan sonra tərəflərin qarşılıqlı razılığı əsasında müqavilə 2024-cü ilin martına qədər uzadıla biləcək.
İclasda Azərbaycan Premyer Liqasının 2022/2023-cü il mövsümünün 10 komandanın iştirakı ilə keçirilməsi barədə qərar qəbul olunub. Müvafiq lisenziya almış “Kəpəz” və “Turan-Tovuz” klublarının Premyer Liqada iştirakı təsdiqlənib.
2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limiti 7+4 (7 əcnəbi, 4 yerli futbolçu) sistemi ilə tətbiq olunacaq.
Beynəlxalq təcrübə, UEFA-nın milli komandalar və klub yarışlarında tətbiq olunan qaydalar nəzərə alınaraq, Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümündən etibarən oyunlarda 5 əvəzetməyə icazə veriləcək. Meydanı tərk edən futbolçuların əvəzinə oyuna daxil olan minimum 2 oyunçu yerli statuslu futbolçu olmalıdır.
İclasda Naib Əsədov AFFA-nın İntizam Komitəsinə üzv təyin edilib. Veteran futbolçular Məlik Həsənov, Xanoğlan Abbasov, Əli Hüseynov və Boris Tibilova AFFA-nın təqaüdünün verilməsi qərara alınıb.
İclasın sonunda İcraiyyə Komitəsinin üzvü, “Şamaxı” futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov işlərinin çoxluğu, Şamaxı şəhərinə gediş-gəliş üçün məsafə ilə əlaqədar vaxt məhdudiyyətini nəzərə alaraq klubda tutduğu vəzifədən istefa verdiyini bildirib. O, Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində fəaliyyətini davam etdirəcəyini qeyd edib.
İclas başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvləri və baş katib Sərxan Hacıyev Azərbaycan milli komandasının məşqini izləyiblər.
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb
"Yelo Bank" yüksək faizli depozit təklif edir!
OPEC Fondu Azərbaycana yaşıl enerji keçidində dəstək verməyə hazırdır
“Troyka” ölkələrinin QHT-ləri ilk dəfə birgə forum keçirib
Sabah Bakıda 15° isti olacaq
“Bakcell” “Ən Uğurlu Rebrendinq” mükafatına layiq görülüb
İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb
Dünya Bankı iqlim maliyyələşməsinə 150 milyard $ ayıracaq
Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb
Milli Məclisdə gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılır
COP29 çərçivəsində TDT ölkələri ekologiya nazirlərinin görüşü olub
COP29:Bakıda Parlament Görüşündə 66 ölkə iştirak edəcək
Parlamentlərarası İttifaqın baş katibi Azərbaycana səfərə gəlib
Azərbaycan nefti 74,70 dollara satılır
COP29:Biznes, investisiya və xeyriyyəçilik üzrə İqlim Platforması işə başlayıb
Tramp ABŞ dövlət katibi vəzifəsinə namizədin adını açıqlayıb
Fransa-İsrail matçında 4 min polis təhlükəsizliy qoruyacaq
Qərbin Ukraynaya maliyyə yardımının həcmi 100 milyard dolları ötüb
Dekabrda Azərbaycan və Ermənistan sülh sazişinin müzakirəsinə davam edəcəklər
Sumqayıtda elektrik avtobusları istehsal olunacaq
Rusiyanın hökumət başçısı Azərbaycana səfərə gəlib
Sabah Bakıda çiskinli yağış yağacaq,15° isti olacaq