UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, oyun macarıstanlı hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi İstvan Vad olacaq. Ona Vencel Toth və İstvan Albert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ferenc Karako yerinə yetirəcək.
Görüş iyunun 3-də saat 18:00-da “Astana Arena”da start götürəcək.