Bu gün Bakıda atıcılıq üzrə dünya kuboku yarışına start veriləcək.
YeniAvropa xəbər verir ki, saat 11:30-da turnirin açılış mərasimi təşkil olunacaq. Ardınca yarışın seçmə mərhələsinin oyunları başlayacaq. İyunun 7-dək davam edəcək turnirdə 66 ölkədən 703 idmançı, 231 nümayəndə iştirak edəcək. Artıq idmançılar və nümayəndə heyətləri Bakıdadır.
Yarışlar “İdman TV" və "CBC Sport" kanalları vasitəsi ilə canlı yayımlanacaq.