logo

Sabah Bakıda 25° isti olacaq

13:53 27-05-2022 | icon 3696
Sabah Bakıda 25° isti olacaq

Azərbaycanda mayın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 9-14° isti olacaq