logo

İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir

22:44 18-05-2022 | icon 7280
İlham Əliyev: Aİ, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir

Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək.

YeniAvropa xəbər verir ki, bu fikri prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında söyləyib.

Dövlət başçısı deyib: “Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir”.

Litva ilə ikitərəfli ticari və iqtisadi gündəlikdən danışan Azərbaycan Prezidenti qeyd edib ki, iqtisadiyyatlarımızın bir-biri ilə rəqabət aparmaması çox yaxşı haldır. “İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir. Beləliklə, biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik. Hesab edirəm ki, bu gün keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər”, - deyə prezident İlham Əliyev vurğulayıb.