logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 844 min nəfəri ötür

16:36 15-05-2022 | icon 4592
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 844 min nəfəri ötür

Azərbaycanda son sutkada 2 896 nəfər vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza vaksinlərin sayı 272, ikinci doza vaksinlərin sayı 254 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 112-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 olub.

Qeyd edək ki, ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 687 min 648, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 343 min 839, ikinci doza vaksinlərin sayı 4 milyon 844 min 47 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 256 min 620, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 min 142 olub.