FIFA prezidenti Canni İnfantino “Qarabağ” futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.
YeniAvropa xəbər verir ki, bununla əlaqədar ali futbol qurumunun rəhbəri AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.
Məktubda deyilir: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə mümkün olmazdı. Bununla əlaqədar klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”.
“Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”, - deyə C.İnfantino əlavə edib.