UEFA İcraiyyə Komitəsi 2024/2025-ci il mövsümündən qüvvəyə minəcək avrokubok yarışlarının yeni formatını təsdiqləyib.
YeniAvropa xəbər verir ki, yeni formatda İsveçrə sistemindən istifadə olunacaq.
Çempionlar Liqasında iştirak edəcək klubların sayı 32-dən 36-ya yüksələcək. Ölkəni avrokuboklarda təmsil edəcək komandaların sayı klub əmsallarına görə deyil, əvvəlki mövsümün uğurlarına görə müəyyənləşəcək. Reytinqdə ilk iki yeri tutan ölkə turnirdə əlavə iki yer qazanacaq. Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endiriləcək.
Otuz altı komanda vahid liqada yarışacaq. Rəqiblər mövsümöncəsi reytinq mövqeləri əsasında müəyyənləşəcək. Səkkiz ən yaxşı klub birbaşa turnirin səkkizdəbir final mərhələsinə çıxacaq. Daha 16 komanda növbəti mərhələdə oynamaq hüququ uğrunda mübarizə aparacaq. Oxşar dəyişikliklər Avropa Liqası və Konfrans Liqasında da tətbiq olunacaq.