logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 342 min nəfərə çatır

18:19 09-05-2022 | icon 3143
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 342 min nəfərə çatır

Mayın 9-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya prosesi qeydə alınmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 669 min 883, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 971, ikinci mərhələ üzrə 4 milyon 842 min 230, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 244 min 10, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 672-dir.