Azərbaycanın qadın cüdoçuları Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən açıq Avropa kuboku yarışını 2 bürünc medalla başa vurublar.
YeniAvropa xəbər verir ki, qitə turnirində komandamızın üzvləri Aytac Qardaşxanlı (63 kq) və Südabə Ağayeva (70 kq) üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusu iştirak edib. Avropa kuboku yarışına 27 ölkədən 230-dan çox cüdoçu qatılıb.
Xatırladaq ki, A.Qardaşxanlı ötən ay Polşada keçirilmiş analoji yarışda uğurla çıxış edərək qalib adını qazanıb.