logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 842 min nəfəri ötür

17:48 08-05-2022 | icon 2982
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 4 milyon 842 min nəfəri ötür

Mayın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3308 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 300, ikinci doza vaksinlərin sayı 305, üç və daha çox doza vaksinlərin sayı 2409, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 294-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 669 min 883, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 341 min 971, ikinci mərhələ üzrə 4 milyon 842 min 230, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 244 min 10, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 241 min 672-dir.