Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə bu gün işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnirə - avarçəkmə üzrə “Prezident kuboku-2022”yə start veriləcək.
YeniAvropa xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.