UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.
YeniAvropa xəbər verir ki, İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib.
Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ını üstələyib.
Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.
Hesabı artıq 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. Matçın 41-ci dəqiqəsində Fransis Koklin fərqi artırıb.
Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib.
"Liverpul"un rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal görüşünün qalibi olacaq.