Aprelin 29-da Bolqarıstanın Sofiya şəhərində start götürəcək Avropa çempionatında Azərbaycanı 11 idmançı təmsil edəcək.
YeniAvropa xəbər verir ki, yarışda yığma komandamızın üzvlərindən Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar. Qadınların turnirində isə Şəfəq Həmidova və Ramilə Əliyeva (48 kq) güclərini sınayacaqlar.
Mayın 1-dək davam edəcək yarışda 40 ölkədən 300-dən çox idmançı iştirak edəcək.