Buzüstü xokkey üzrə 2023-cü il Dünya Çempionatına ev sahibliyi etmək hüququ Rusiyadan alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Beynəlxalq Buzüstü Hokkey Federasiyasının(IIHF) rəsmi saytı xəbər yayıb.
Bildirilib ki, qərar ilk növbədə bütün idmançıların, rəsmilərin, medianın və azarkeşlərin təhlükəsizliyi və rifahı üçün qəbul edilib.
Mundial 5 - 21 mayda Sankt-Peterburqda keçirilməli idi. Yarışın yeni məkanı ilə bağlı qərar bu il mayın 13-dən 29-dək Finlandiyada baş tutacaq dünya çempionatı zamanı IIHF konqresində veriləcək.
Qeyd edək ki, Beynəlxalq Buzüstü Hokkey Federasiyası daha əvvəl Rusiyanı gənclər arasında dünya çempionatını təşkil etmək hüququndan məhrum edib.