Rusiyanın Ukraynaya qarşı başladığı işğalçılıq müharibəsi səbəbindən futbol üzrə Ukrayna Premyer Liqasında 2021/2022 mövsümünün öyunları vaxtından əvvəl başa çatıb.
YeniAvropa xəbər verir ki, bu barədə Premyer Liqasının rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, qərara əsasən, müharibə başlayanadək keçirilən 18 turda 47 xal qazanan Donetskin "Şaxtyor" komandası bu mövsümdə ölkə çempionu elan edilib. 45 xala malik Kiyev "Dinamo"su 2-ci, 43 xala isə "Dnepr-1" komandası 3-cü yeri tutublar. Qaliblərin mükafatlandırılmayacağı bildirilib.
Müvafiq qərar təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.
Məlumatda qeyd edilib ki, bundan əlavə, ölkə kubokundakı nəticələr ləğv olunacaq. Avrokuboklara gəlincə, UEFA "Şaxtyor", "Dinamo", "Dnepr-1", "Zarya" və "Vorskla"ya lisenziya verməyi planlaşdırır.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2022/2023 mövsümünün keçirilməsi hələlik sual altındadır və hər şey müharibənin gedişindən asılı olacaq.