logo

Səhiyyə naziri:Maska ləğv olunsa da, payıza qədər diqqətli olmaq lazımdır

17:13 26-04-2022 | icon 2751
Səhiyyə naziri:Maska ləğv olunsa da, payıza qədər diqqətli olmaq lazımdır

Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyət nəzarət altındadır. Mayın 1-dən etibarən tibbi maskadan istifadə tələbi ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyə olunur.

 YeniAvropa xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev KİV-ə açıqlamasında bildirib.

"İndi vəziyyət sabit olsa da, payıza qədər diqqətli olmaq lazımdır. Çünki pandemiya hələ də davam etdiyindən payızda havanın temperaturunun enməsi, respirator xəstəliklərin aktivləşməsi fonunda koronavirusun yeni ştamları yarana bilər",-deyə səhiyyə naziri Teymur Musayev vurğulayıb.