logo

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib

19:59 25-04-2022 | icon 3304
Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.

 YeniAvropa xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib. “Qəbələ” ilə səfərdəki qarşılaşmada Ağdam klubu Q.Qurbanovun baş məşqçiliyi dövründəki yubiley oyununda 2:0 hesabı ilə qalib gəlib.

Əlli yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan ümumilikdə 600 matçda “Qarabağ” 337 qələbə qazanıb. Q.Qurbanovun yetirmələri 153 dəfə heç-heçəyə imza atıb. Onun komandası 110 dəfə məğlubiyyətlə üzləşib.