logo

Cüdoçularımız Avropa kuboku yarışını 5 medalla başa vurublar

19:52 24-04-2022 | icon 3241
Cüdoçularımız Avropa kuboku yarışını 5 medalla başa vurublar

Azərbaycan cüdoçuları gənclər arasında keçirilən Avropa kuboku yarışında daha 3 medal qazanıblar.

YeniAvropa xəbər verir ki, oğlanlar arasında yarışda təmsilçimiz Vüqar Talıbov (90 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Qızlar arasında mübarizə aparan Könül Əliyeva (48 kq) və Səbinə Əliyeva (57 kq) gümüş medal əldə ediblər.

Beləliklə, komandamızın əldə etdiyi medalların sayı 5-ə çatıb. Belə ki, bundan əvvəl Aytac Qardaşxanlı (63 kq) qızıl, Qədir Hüseynov (73 kq) bürünc medala sahib olublar.

İki gün davam edən turnirdə 17 ölkədən 287 idmançı yarışıb. Azərbaycan turnirdə 22 idmançı ilə təmsil olunub.