logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 337 min nəfəri ötür

17:30 24-04-2022 | icon 2688
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 337 min nəfəri ötür

Aprelin 24-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 3869 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 419, ikinci doza vaksinlərin sayı - 227, üç və daha çox doza vaksinlərin sayı – 2954, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 269-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 627 min 588, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 337 min 603, ikinci mərhələ üzrə 4 milyon 838 min 456, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 212 min 960, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 238 min 569-dur.