logo

Azərbaycanda  daha 20  nəfər koronavirusa yoluxdu

16:54 24-04-2022 | icon 2646
Azərbaycanda  daha 20  nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 20 yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 496 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 646 nəfər müalicə olunaraq sağalıb, 9707 nəfər vəfat edib. Aktiv xəstə sayı 143 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2820, bu günə qədər isə ümumilikdə 6 milyon 794 min 952 test icra olunub.