Paracüdoçumuz Namiq Abaslı "Antalya Qran-Pri"sinin gümüş medalına sahib olub.
YeniAvropa xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan N.Abaslı finalda gürcüstanlı Giorgi Kaldaniyə məğlub olaraq yarışı ikinci yerdə başa vurub.
Digər təmsilçimiz İsmayıl Muradov (60 kq) bürünc medal uğrunda görüşdə qırğızıstanlı Tamirlan Abdıkerimova uduzub.
Aprelin 24-də Saleh Sultanov (90 kq), Aysel İmamverdiyeva (70 kq) və Xatirə İsmiyeva (+70 kq) tatami üzərinə çıxacaqlar.