logo

COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 336 min nəfəri ötür

16:32 22-04-2022 | icon 2856
COVID-19-a qarşı I mərhələ peyvənd olunanların sayı 5 milyon 336 min nəfəri ötür

Aprelin 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 4 min 811 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 477, ikinci doza vaksinlərin sayı - 267, üç və daha çox doza vaksinlərin sayı – 3 min 779, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı – 288-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 619 min 356, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 336 min 706, ikinci mərhələ üzrə 4 milyon 837 min 999, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 206 min 660, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 237 min 991-dir.