logo

Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

16:56 15-04-2022 | icon 3171
Azərbaycanda daha 15 nəfər koronavirusa yoluxdu

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 15 yoluxma faktı qeydə alınıb, 27 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 792 min 335 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 min 467 nəfər müalicə olunaraq sağalıb, 9 min 705 nəfər vəfat edib. Aktiv xəstə sayı 163 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 613, bu günə qədər isə ümumilikdə 6 milyon 762 min 824 test icra olunub.